“Volkswagen” bildirir ki, şirkət 2030-cu ilədək 100 000 əməkdaşını işdən çıxaracaq ki, bu da təşkilatda çalışanların 15%-ni təşkil edir
“Volkswagen”də bildirirlər ki, şirkət 2030-cu ilədək 100 000 əməkdaşını işdən çıxaracaq ki, bu da təşkilatda çalışanların 15%-ni təşkil edir.
“Deutsche Welle”nin məlumatına görə, sözügedən ixtisar qlobal avtomobil sənayesində ən miqyaslı yenidənqurma olacaq.
“Şirkətin bildirdiyinə görə, rəhbərlik və həmkarlar ittifaqı artıq razılaşdırılmış 50 000 əməkdaşın ixtisarına əlavə olaraq, daha 50 000 iş yerinin azaldılmasını nəzərdə tutan planı təsdiqləyiblər”, – Agentliyin bəyanatında yazılıb.
Medianın məlumatına görə, Avropanın ən böyük avtomobil istehsalçısı ABŞ tarifləri, Çin rəqabəti və elektromobillərə tələbatın artması fonunda problemlərlə qarşılaşıb.
Bununla yanaşı, “Volkswagen”dən bəyan ediblər ki, Almaniyanın dörd böyük zavodu – Hannover, Emden, Tsvikau (Zwickau) və Nekarzulm (Neckarsulm) üçün uzunmüddətli gələcək zəmanəti vermək qeyri-mümkündür.