Vladimir Zelenski bildirir ki, təhlükəsizlik zəmanətləri layihəsi yaxın günlərdə hazır olacaq
Vladimir Zelenski bildirir ki, təhlükəsizlik zəmanətləri layihəsi yaxın günlərdə hazır olacaq

Ukrayna prezidenti Volodimir Zelenski bildirir ki, təhlükəsizlik zəmanətləri layihəsi yaxın günlərdə hazır olacaq. Zelenski bu barədə Niderlandın baş naziri ilə telefon danışığından sonra sosial şəbəkədə yazıb.

Onun dediyinə görə, Ukrayna real sülhü bərqərar edə biləcək konstruktiv addımlara hazırdır.

“Əlbəttə, tərəfdaşlarımızla diplomatik fəaliyyətimiz və Vaşinqtonda keçirilən görüşlər barədə danışdıq. İndi bu müharibənin başa çatması üçün real bir şans var. Ukrayna sülhün bərqərar olması üçün konstruktiv addımlar atmağa hazırdır. Lakin Rusiya hər hansı bir sülh niyyəti göstərmir və şəhərlərimizi bombalamağa davam edir. Biz Moskva tərəfindən son günlərdə verilən bütün siqnallara eyni cür qiymət veririk. Onların mövqeyini dəyişmək üçün təzyiq göstərilməlidir və bütün məsələlərin müzakirəsi üçün yüksək səviyyəli görüş keçirilməlidir. Biz təhlükəsizlik zəmanətləri məsələsini müzakirə etdik. Hazırda Ukrayna, ABŞ və Avropalı tərəfdaşların komandaları bu zəmanətlərin arxitekturası üzərində çalışırlar. Bütün planlar yaxın günlərdə hazır olacaq. Biz həmçinin Niderlandın bu prosesdə iştirakını necə artıra biləcəyi və təhlükəsizliyin təmin edilməsinə necə kömək edə biləcəyi barədə danışdıq”, – Zelenski yazır.