Vladimir Putin Zaporojie Atom Elektrik Stansiyasının Rusiyanın idarəçilinə verilməsi haqqında fərman verib
Rusiya prezidenti Vladimir Putin Zaporojie Atom Elektrik Stansiyasının Rusiyanın idarəçilinə verilməsi haqqında fərman verib.
Rusiya mətbuatının yazdığına görə, fərmana əsasən, Zaporojie AES “Rozenerqoatom”un 100 faiz törəmə konserninə çevrilir və “Rosatom” dövlət korporasiyasının tərkibinə daxil olur.
Həmçinin, sənədə əsasən, sentyabrın 30-dək verilmiş bütün əməliyyat icazələri Rusiya qanunlarına uyğun olaraq yeni sənədlər verilənə qədər qüvvədə qalır.