Vladimir Putin Yerevana səfər edib

18:30, 23.11.2022

 

Rusiya prezidenti Vladimir Putin Yerevana səfər edib. Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Sözügedən sessiyaya Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək.

Rusiya prezidentini hava limanında Ermənistan hökumətinin başçısı qarşılayıb.

Vladimir Putin və Nikol Paşinyanın noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplantısı çərçivəsində görüşü planlaşdırılır. Sessiyada Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri iştirak edəcəklər. Üzvlər beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Böhranlara cavab sisteminin təkmilləşdirilməsi və Ermənistana yardımın göstərilməsi üçün birgə tədbirlər mühüm məsələ olacaq.

Oxşar