Vladimir Putin - yeni dünya nizamını Rusiya və Çin yaratmır, biz sadəcə onu rəsmiləşdiririk
Vladimir Putin - yeni dünya nizamını Rusiya və Çin yaratmır, biz sadəcə onu rəsmiləşdiririk

Yeni dünya nizamını Rusiya və Çin yaratmır, biz sadəcə onu rəsmiləşdiririk, – bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun İqtisadi Forumunda bildirib.

“Yeni dünya nizamı təbii olaraq yaranır, bu, günəşin doğuşuna bənzəyir. Bu qaçılmazdır, biz isə onu rəsmiləşdiririk və bəlkə də bu prosesə elə bir yol açırıq ki, o, daha balanslı olsun və ölkələrin əksəriyyətinin maraqlarına cavab versin”, – Putin qeyd edib.

Onun söylədiyinə görə, Rusiya hamının bir-biri ilə razılaşacağı və ümumi həll yolunu tapacağı çoxqütblü dünya nizamının formalaşmasının tərəfdarıdır.