Vladimir Putin yaz hərbi xidmətinə çağırış haqqında sərəncam imzalayıb, 160 min vətəndaş orduya çağırılacaq
Rusiya prezidenti Vladimir Putin yaz hərbi xidmətinə çağırış haqqında sərəncam imzalayıb.
“Rusiya Federasiyasının ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək vətəndaşlarının 2025-ci ilin aprelin 1-dən iyulun 15-dək 160 min nəfərin hərbi xidmətə çağırışı həyata keçirilsin”, – deyə sərəncamda deyilib.
Rusiya mediasının məlumatına görə, ötən il yaz hərbi xidmətə çağırış 150 min, 2023-cü ildə 147 min, 2022-ci ildə 134,5 min nəfəri əhatə edirdi. Artım Putinin Rusiya ordusunun sayının mərhələli şəkildə artırılması haqqında sərəncamının icrası edilməsi ilə bağlıdır.
2022-ci ilin əvvəlində Rusiyada təxminən bir milyon hərbi qulluqçu olub. Son üç il ərzində Rusiya Federasiyasının ordusunda kadr sayı 1,5 milyon nəfərə qədər artıb. Ötən il hərbi xidmətə çağırış üçün yuxarı yaş həddi 27-dən 30-a gədər artıb. Aşağı hədd, Rusiya hökumətinin onun da artacağına dair ilkin vədlərinə baxmayaraq, dəyişməz olaraq qaldı – 18 yaş.