Vladimir Putin-vəzifəmiz münaqişəni qızışdırmaq deyil, biz onu bitirməyə çalışırıq, bütün münaqişələr danışıqlar yolu ilə həll edilir, nə qədər tez olsa, bir o qədər yaxşıdır
Vəzifəmiz münaqişəni qızışdırmaq deyil, biz onu bitirməyə çalışırıq, bütün münaqişələr danışıqlar yolu ilə həll edilir, nə qədər tez olsa, bir o qədər yaxşıdır- “Reuters”in verdiyi məlumata əsasən bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyanat verib.
Putin zorakılığın intensivləşməsinin əsassız itkilərə səbəb olduğunu bildirib.
Rusiya Prezidenti bütün silahlı münaqişələrin danışıqlar yolu ilə başa çatdığını qeyd edib.
“Bütün silahlı münaqişələr bu və ya digər şəkildə diplomatik sahədə hansısa danışıqlarla başa çatır” – deyə Rusiya Prezidenti açıqlayıb.
O, gec-tez münaqişənin bütün iştirakçılarının oturub müqavilə imzaladıqlarını bildirib. Bununla yanaşı, Vladimir Putin qeyd edib ki, Kiyev danışıqlardan imtina edir.
“Bizə qarşı olanlar bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Biz heç vaxt bundan imtina etməmişik”- deyə Putin açıqlayıb.