Vladimir Putin və Stiv Uitkoff Moskvada keçirilən görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə ediblər

20:02, 25.04.2025

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin nümayəndəsi Stiv Uittkoff arasında görüş başa çatıb. Danışıqlar üç saat davam edib.

Görüşdə iştirak edən Rusiya prezidentinin müşaviri Yuri Uşkov Putinlə Uitkoffun görüşünün konstruktiv və faydalı olduğunu bildirir.

Onun dediyinə görə, görüşdə tərəflər Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanlarını müzakirə ediblər.

“Rusiya və ABŞ prezidentləri arasında əldə olunmuş razılaşmaya müvafiq olaraq, müxtəlif səviyyədə məhsuldar rus-amerikan dialoqu fəal rejimdə davam edəcək”, – Uşakov jurnalistlərə bildirib.

Uşakovun bildirdiyinə görə, Moskvada keçirilmiş görüş Moskva və Vaşinqtona təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərini yaxınlaşdırmağa imkan verib.

Oxşar