Vladimir Putin və Nikol Paşinyan iki ölkə arasında ticarətin artırılması məsələsini müzakirə ediblər
Vladimir Putin və Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə, MDB liderlərinin sammitində iki ölkə arasında ticarətin artırılmasını müzakirə ediblər.
Rusiya Prezidentinin qeyd etdiyi kimi, Avrasiya İqtisadi İttifaqına üzvlük iqtisadi fayda verir. Putin buna misal olaraq Rusiya ilə Ermənistan arasında ticarətin artmasını göstərib.
“Bu il artıq dörd milyard dollar təşkil edir,” – Paşinyan, Vladimir Putinin iqtisadi göstəricilərlə bağlı sualına cavabında bildirib, lakin Rusiya prezidenti bununla razılaşmayıb və göstəricilərin daha yüksək olduğunu qeyd edib.
Bundan sonra Ermənistanın Baş Naziri ötən ilin göstəricilərini nümunə kimi gətirib, lakin Putin və Paşinyanın təqdim etdiyi göstəricilər bu halda da bir-birinə uyğun gəlməyib.
“Ötən il, təxminən 9 milyard dollar idi”, – Paşinyan qeyd edib.
Putin cavabında bu rəqəmin ötən il də xeyli çox ilduğunu bildirib.
“Daha çox. Ötən il daha yüksək idi, bu il isə daha da yüksək olacaq. Bu, sadəcə aydındır”, – Rusiya prezidenti bildirib.