Vladimir Putin və Məsud Pezeşkian İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Rusiya mediasının məlumatına görə, qeyd olunan sənəd hələ 2001-ci ildə imzalanmış İran və Rusiya arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sazişi əvəz edəcək.
Tərəflər 2022-ci ildən yeni sazişin hazırlanması üzərində işləyirlər.
Vladimir Putin imzalanmış sazişi iki ölkənin və bütün bölgənin sabit inkişafı üçün sıçrayış adlandırıb. Putin İran lideri ilə danışıqları dostca və konstruktiv olaraq qiymətləndirib və Moskva və Tehranın əksər xarici siyasət məsələləri üzrə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.