Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutdu
Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutdu.

Bu barədə məlumatı Rusiya mediası ölkə Prezidentinin Administrasiyasına istinadən yayır.

Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət 9 oktyabrda MDB sammitində aparılmış müzakirələrin davamı olub.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı öhdəliyi təsdiqləyiblər. Rus mediasının məlumatına görə, Putin və Əliyev söhbət zamanı regional əməkdaşlığın və beynəlxalq vəziyyətin bir neçə aspektini müzakirə ediblər və müxtəlif səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə də razılığa gəliblər.