Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı olub
Vladimir Putin və Benyamin Netanyahu arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayır.

Bu, Rusiya və İsrail liderləri arasında son bir həftə ərzində ikinci söhbətdir.

İlk söhbət iyulun 28-də baş tutub, o zaman liderlər Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə ediblər.

Rusiya prezidenti təsdiqləyib ki, Moskva regionda qarşıdurmaların sülh yolu ilə həllini daim dəstəkləyir.

Vladimir Putin həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqlara dəstək verməyə hazır olduğunu bildirib.