Vladimir Putin – Ukraynanın hücumları bu mərhələdə neft məhsulları ilə bağlı bizə müəyyən problemlər yaradır, düşünürəm ki, vəziyyət düzələcək, biz güzgü effekti ilə, daha güclü zərbələrlə cavab verəcəyik
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna silahlı qüvvələrinin Rusiyadakı hərəkətləri neft məhsulları ilə bağlı müəyyən problemlər yaradır, lakin o, vəziyyətin tədricən yaxşılaşacağını deyib.
“Bəli, bu hücumlar bu mərhələdə neft məhsulları ilə bağlı müəyyən problemlər yaradır. Düşünürəm ki, vəziyyət tədricən yaxşılaşacaq”, – Rusiya Prezidenti bildirib.
Bundan əlavə, Putin bildirib ki, Krımın neft məhsulları ilə təchizatı üçün “rəqibin əli çatması çox çətin olacaq” bir sistemin yaradılması istiqamətində işlər aparılır.
Putin həmçinin bəyan edib ki, Rusiya Ukraynanın hücumlarına “güzgü effekti ilə, lakin bir neçə dəfə daha güclü” zərbələrlə cavab verəcək.
“Bizim cavabımız həmişə güzgü effekti ilə olacaq. Rusiya Federasiyasının ərazisinə harada zərbə endirməyə çalışsalar, biz güzgü effekti ilə, lakin bir neçə dəfə daha güclü zərbələrlə cavab verəcəyik”, – deyə Rusiya Prezidenti bildirib.