Vladimir Putin Ukraynadakı münaqişənin başa çatmaq üzrə olduğunu bildirir - "Zelenski ilə görüş üçüncü bir ölkədə mümkündür, amma yalnız yekun razılaşma əldə edildiyi təqdirdə"
Rusiya prezidenti Ukraynadakı münaqişənin başa çatmaq üzrə olduğunu bildirir. Bu barədə Vladimir Putin jurnalistlərlə söhbəti zamanı bildirib.
Putinin sözlərinə görə, o, ukraynalı həmkarı ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazırdır, lakin, görüş yalnız razılaşma imzalamaq üçün baş tutacaq.
“Düşünürəm ki, məsələ sona çatır. Görüş üçüncü bir ölkədə mümkündür, lakin yalnız uzunmüddətli tarixi perspektiv üçün nəzərdə tutulan sülh müqaviləsi üzrə yekun razılaşma əldə edildiyi təqdirdə. Əgər mən bu tədbirdə iştirak etsəm və ya nəsə imzalasam, o halda bu, danışıqların özü deyil, son nöqtə olmalıdır”, – deyə Putin bildirib.