Vladimir Putin – Ukrayna əsasən də İkinci Dünya Müharibəsindən sonra süni ölkə formasını aldı, bu da tarixi faktdır
Ukrayna əsasən də İkinci Dünya Müharibəsindən sonra süni ölkə formasını aldı , bu da tarixi faktdır – bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı açıqlama verib.
Putin Ukraynanın dövlətçiliyinin və suverenliyinin yeganə və ciddi təminatçısının yalnız Rusiya ola biləcəyini bildirib.
“Stalin bu ölkələrdən ərazilərini aldıqdan sonra bir sıra Polşa, Macarıstan və Rumıniya ərazilərini ələ keçirdi və Ukraynaya verdi. Hitler koalisiyasında iştirak etməyən polyaklar, şərqi alman torpaqlarının bir hissəsi. Bu, tarixi faktdır və bugünkü Ukrayna belə yaranıb. Mən açıq deyirəm Ukraynanın dövlətçiliyinin və suverenliyinin yeganə həqiqi və ciddi təminatçısı yalnız bugünkü Ukraynanı yaradan Rusiya ola bilər” – deyə Vladimir Putin bildirib.