Vladimir Putin - Ukrayna böhranı Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başladı, Rusiya isə Ermənistanın Avrasiya Birliyində qalması və ya Avropa İttifaqına üzv olması ilə bağlı referendumun tezliklə keçirilməsini istəyir
Ukrayna böhranı Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başladı, – bu barədə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda Avrasiya İqtisadi Birliyi liderlərinin görüşündən sonra Ermənistan məsələsi ilə bağlı danışarkən bildirib.
Putinin sözlərinə görə, o, Ermənistanın Baş naziri Nikol Paşinyana deyib ki, ermənilər üçün yaxşı olan hər şey Rusiya üçün də məqbul və yaxşıdır və o, erməni xalqının maraqlarından çıxış edərək necə lazım bilirsə, elə də hərəkət etməlidir.
Vladimir Putinin bildirdiyinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə, azad ticarət müqavilələrinə çıxışını itirəcək.
Bununla yanaşı, Putinin qeyd etdiyi kimi, Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalması və ya Avropa İttifaqına üzvlüklə bağlı perspektivi ilə əlaqədar referendumun mümkün qədər tez keçirilməsini istəyir.
Rusiya prezidenti həmçinin bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə, miqrantlar üçün ümumi tələblər qüvvəyə minəcək. Onun sözlərinə görə, Ermənistan üçün dəmir yolu nəqliyyatının rüsumları da artacaq.
“Nikol Vova oğlu ilə (Paşinyan, Ermənistanın baş naziri) danışdım — o bunu təsdiqləyəcək: “Hansı qərar qəbul olunursa-olunsun, bu bizim humanitar və siyasi əlaqələrimizi pozmayacaq, lakin bu halda söhbət sırf iqtisadi substansiyalardan gedir. Hər şey hesablanmalı, diqqətlə öyrənilməli və qərar buna uyğun qəbul edilməlidir”, – Vladimir Putin qeyd edib.