Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb
Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Görüş Moskvada keçirilib.
Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edirdi.
Tərəflər ikitərəfli münasibətləri və Ukrayna məsələsini müzakirə ediblər. Məlum olduğu kimi, görüş başa çatdıqdan sonra tərəflər bu məsələ ilə bağlı şərh verməyiblər.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin Hakan Fidanla görüşməyi planlaşdırırdı.