Vladimir Putin Sumi Universitetinə hücumun qisas olduğunu bildirir
Rusiya prezidenti Vladimir Putinin dediyinə görə, Rusiya hərbi qüvvələri Sumi Universitetinin Konqres Mərkəzinə binada ukraynalı hərbçilərin mükafatlandırma mərasimi keçirildiyi üçün hücum edib. Putin bunu mülki hədəflərə zərbələrdən imtina etmək təklifini qiymətləndirərkən bildirib.
“Məsələn, silahlı qüvvələrimizin konqres mərkəzinə, Sumi Universitetinə hücumunu hər kəs çox yaxşı bilir. Bu, mülki obyektdir, və ya yox? Mülkidir, amma orada Kursk vilayətində cinayət törədənlərin mükafatlandırılması mərasimi keçirilirdi. Biz bu insanları layiqli qisas almalı olan cinayətkarlar hesab edirik”, – Putin deyib.
Məlumat üçün bildirək ki, Rusiya ordusu aprelin 13-də Sumı şəhərinə iki zərbə endirib. Nəticədə ikisi uşaq olmaqla 30 nəfər həlak olub. 100-dən çox insan yaralanıb. İlk raketin Sumi Dövlət Universitetinin Konqres Mərkəzində partladığı görünür.
Media yazırdı ki, zərbə zamanı Sumıda ukraynalı hərbçilərin mükafatlandırılması mərasimi keçirilirdi. Hücum zamanı mərasim iştirakçılarından xəsarət alan olmayıb.
Rusiyanın zərbəsindən sonra tezliklə Ukrayna prezidenti Sumı Hərbi Rayon Administrasiyasının rəhbərini vəzifəsindən azad edib.