Vladimir Putin - Rusiya Ukraynanın təhlükəsizlik zəmanətləri üzərində işləməyə hazırdır, müharibənin bitirmək üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır
Vladimir Putin - Rusiya Ukraynanın təhlükəsizlik zəmanətləri üzərində işləməyə hazırdır, müharibənin bitirmək üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır

Rusiya Prezidenti Vladimir Putinin bildirdiyinə görə, Rusiya Ukraynanın təhlükəsizlik zəmanətləri üzərində işləməyə hazırdır.

“Ukraynadakı müharibənin başa çatması üçün münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır,” – deyə Putin qeyd edib.

Bununla yanaşı, Putin ABŞ Prezidenti ilə birlikdə keçirdiyi brifinqdə qeyd edib ki, Donald Trampla çox yaxşı, işgüzar və etibarlı əlaqələri var.

“Bütün əsaslarım var düşünməyə ki, bu yolla irəliləyərək Ukrayna münaqişəsini başa çatdıra biləcəyik”, – Rusiya prezidenti bildirib.

Onun dediyinə görə, ümid edir ki, Alyaskada əldə olunan razılaşmalar Ukrayna probleminin həlli və Rusiya ilə Birləşmiş Ştatlar arasında münasibətlərin bərpası üçün dayaq nöqtəsinə çevriləcək. Rusiya Prezidenti həmçinin ümid etdiyini bildirib ki, Kiyev və Avropa münaqişənin həlli prosesində əldə olunmuş irəliləyişə maneə törətməyəcək.

Alaska ştatının Ankoric şəhərində Donald Tramp və Vladimir Putinin görüşü “üçə qarşı üç” formatında keçirildi. Görüşdə Amerika tərəfdən ABŞ Dövlət Katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkof iştirak edirdi. Rusiya tərəfdən isə görüşdə ölkənin Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Prezidentinin müşaviri Yuri Uşakov iştirak edirdi. Dar formatda keçirilən görüşün sonunda liderlər birgə mətbuat konfransı keçirdilər və danışıqlar haqqında bəyanatlar verdilər.