Vladimir Putin işğal olunmuş Abxaziya və Tsxinvali bölgələrinin sakinləri üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran fərmanı imzalayıb
Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Abxaziya və Tsxinvali bölgələrinin sakinləri üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran fərmanı imzalayıb. Bu barədə Rusiya mediası məlumat yayır.
Vladimir Putinin imzaladığı sənədə əsasən, işğal olunmuş Abxaziya və Tsxinvali əhalisi üçün Rusiya vətəndaşlığı almaq üçün bundan sonra rus dilini və rus tarixini bilməsi tələb olunmayacaq.
Sənədə əsasən, Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Tsxinvalidə yaşayan insanlar ərizələrni birbaşa bölgədə yerləşən Rusiya diplomatik nümayəndəliklərinə təqdim edə biləcəklər.
Bununla yanaşı, artıq Rusiyada yaşayan insanlar yaşayış yerinə uyğun olaraq Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət edə bilərlər.