Vladimir Putin - Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib, lakin hər iki dəfə rədd edilib
Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib, lakin hər iki dəfə rədd edilib, – bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Blok qarşıdurmasının əsaslarını aradan qaldırmağa və ümumi təhlükəsizlik məkanı yaratmağa çalışan ölkəmiz iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib. İlk dəfə 1954-cü ildə, ikinci dəfə isə ABŞ-ın sabiq prezidenti Bill Klintonun Moskvaya səfəri zamanı və hər iki dəfə də faktiki olaraq biz qəti şəkildə rədd edilmişdik”, – Putin bildirib.
Putinin sözlərinə görə, 35 il əvvəl, soyuq müharibənin qarşıdurması sona yaxınlaşarkən, həqiqi əməkdaşlıq dövrünün ümidi var idi.
“Elə görünürdü ki, artıq bəşəriyyətin ümumi problemlərinin birgə həllinə, eləcə də qaçınılmaz mübahisə və münaqişələrin qarşılıqlı hörmət və bütün tərəflərin maraqlarının nəzərə alınması əsasında həllinə mane ola biləcək ideoloji və digər əngəllər mövcud deyildi”, – Rusiya prezidenti qeyd edib.