Vladimir Putin – Rusiya heç bir halda Ukraynanın nüvə silahlanmasına icazə verməyəcək

21:25, 18.10.2024

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya heç bir halda Ukraynanın nüvə silahlanmasına imkan verməyəcək. Bu barədə rus mediası  məlumat yayır.

“Böhran qaynar fazaya keçməmişdən əvvəl dəfələrlə danışdığım Ukraynanın siyasi rəhbərliyi, hətta o zaman, bu hadisələrdən əvvəl nisbətən yumşaq, lakin yenə də Ukraynanın nüvə silahına malik olmasından danışırdı. Belə bir təhlükə Rusiya Federasiyası tərəfindən müvafiq reaksiyaya səbəb olacaqdır. Birbaşa deyə bilərəm: Rusiya heç bir halda buna imkan verməyəcək”, – deyə Putin qeyd edib.

Bununla yanaşı, İran və İsrail arasında münaqişənin həllində iştirak etmək imkanlarından danışarkən Rusiya prezidenti bildirib ki, tərəflər bunda maraqlı olarsa, Rusiya mövcud vəziyyətin həllində iştirak etməyə hazırdır.

“Əgər münaqişə tərəfləri maraqlıdırsa, biz hər iki ölkənin maraqlarını nəzərə alaraq, tam səmimi iştirak etməyə hazırıq”, – Putin bildirib.

Bununla yanaşı, Vladimir Putinin bildirdiyinə görə, o, tədbiri pozmamaq üçün Braziliyada planlaşdırılan “Böyük iyirmilik” (G20) sammitində iştirak etməyəcək.

Oxşar