Vladimir Putin – Rusiya Ermənistandan Avropa İttifaqına mümkün üzvlüklə bağlı referendumun ən qısa müddətdə keçirilməsini xahiş edib

22:34, 04.06.2026

Rusiyanın Ermənistandan yalnız bir xahişi var – Avropa İttifaqına mümkün üzvlüklə bağlı referendumun mümkün qədər tez keçirilməsi, – bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin İnformasiya Agentliklərinin rəhbərləri ilə görüşündə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan özü də referendumun keçirilməsi arzusunu ifadə edib.

“Biz yalnız bunu tələb edirik. Bu yaxınlarda Baş nazir Paşinyan özü də bu məsələ ilə bağlı referendumun keçirilməsini zəruri hesab etdiyini bəyan etdi. Bizim yalnız bir xahişimiz var: bu, mümkün qədər tez edilsin”, – deyə Putin bildirib.

Oxşar