Vladimir Putin ölkədə payız çağırışı ilə bağlı sərəncam imzalayıb
Vladimir Putin ölkədə payız çağırışı ilə bağlı sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə payız çağırışı ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2025-ci ilin oktyabrın 1-dən dekabrın 31-də daxil olmaqla ehtiyatda olmayan və hərbi xidmətə çağırışa tabe olan, 18-30 yaş arası Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırışı həyata keçirilməlidir. 
Rusiya Prezidentinin sərəncamına əsasən, bu dövr ərzində ölkədə 135 min nəfərin hərbi xidmətə çağırışı həyata keçirilməlidir. Həmin sərəncamla hərbi xidmət müddəti başa çatmış əsgər, dənizçi, çavuş və kiçik zabitlərin də azad edilməsi də müəyyən edilib.
Rusiya hökuməti, regional hakimiyyət orqanları və çağırış komissiyaları çağırışla bağlı bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Federal nazirlərə, federal xidmətlərin və federal qurumların rəhbərlərinə həmçinin federal nazirliklər və digər federal icra orqanları tərəfindən işə götürülmüş Rusiya vətəndaşlarının hərbi xidmətə çağırılmasını təmin etmək tapşırılıb.