Vladimir Putin – nüvə silahının nə olduğunu dərk edirik, biz onları ülgüc kimi bütün dünyada yelləmək fikrində deyilik
Rusiya prezidenti Vladimir Putin nüvə təhlükəsinin artdığını bildirib, lakin əgər Rusiya nüvə silahından birinci istifadə etməsə, bu o deməkdir ki, o, cavab olaraq ondan istifadə edə bilməyəcək, çünki Rusiya ərazisinə nüvə hücumu olacağı təqdirdə cavab zərbəsi endirmək imkanı əhəmiyyətli dərəcədə məhdudlaşacaq.
Bununla yanaşı, Putin Rusiyanın strategiyasının cavab zərbələri üzərində qurulduğunu bildirib. “Vurulduqda, biz də cavab veririk.”
“Biz bütün mümkün vasitələrlə müttəfiqlərimizi qoruyacağıq. Biz dəli deyilik. Nüvə silahının nə olduğunu başa düşürük. Bizdə bu imkanlar var və digər nüvə ölkələrindən daha təkmil formadadır. Biz bu silahları ülgüc kimi bütün dünyada yelləmək fikrində deyilik. Bununla belə, ona sahib olduğumuzu deyirik. Bu, təxribatçı amil deyil, çəkindirici amildir” – deyə Putin açıqlayıb.