Vladimir Putin Nikol Paşinyanla telefon danışığı keçirib
Vladimir Putin Nikol Paşinyanla telefon danışığı keçirib

Rusiya prezidenti Ermənistanın Baş naziri ilə telefon danışığı keçirib və onu ad günü münasibətilə təbrik edib. Bu barədə Ermənistan mediası yazır.

Nikol Paşinyan təbrikə görə Vladimir Putinə təşəkkür edib.

Medianın məlumatına görə, ölkə liderləri ikitərəfli münasibətləri və mövcud məsələləri də müzakirə ediblər.

“Ermənistan Respublikasının baş naziri Rusiya Federasiyasının prezidentinə yanlış şərhlərə səbəb olmuş bir sıra məsələlərlə bağlı nümayiş etdirdiyi balanslaşdırılmış mövqeyə, eləcə də dostyana tona və dəstəyə görə təşəkkür edib”, – baş nazirin administrasiyası bildirir.

Erməni mediasının yazdığına görə, tərəflər yaxın gələcəkdə üz-üzə gələcəkləri görüşdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.