Vladimir Putin Nikol Paşinyan və İlham Əliyevlə görüşəcək

11:56, 31.10.2022

 

Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Rus mətbuatı Kremlə istinadən, üçtərəfli sammitdən əvvəl Rusiya prezidentinin Ermənistan və Azərbaycan liderləri ilə ayrıca danışıqlar aparacağı barədə yazır. Görüşün məqsədi Bakı ilə Yerevan arasında sülh müqaviləsinin perspektivlərini müzakirə etmək olacaq.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, eləcə də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların müzakirəsi planlaşdırılır” – deyə məlumatda deyilir.

Oxşar