Vladimir Putin - NATO qoşunları Ukrayna ərazisində görünsə, onların Rusiyanın qanuni hədəfinə çevriləcəyini ehtimal edirik
Rusiya prezidenti Vladimir Putinin bildirdiyinə görə, NATO qoşunları Ukrayna ərazisində görünsə, onların Rusiyanın qanuni hədəfinə çevriləcəyini ehtimal edirik.
“Ukraynada mümkün hərbi kontingentə gəlincə, bu, Ukraynanın NATO-ya qoşulmasının əsas səbəblərindən biridir. Ona görə də, əgər orada hər hansı qoşunlar görünərsə, xüsusilə də hazırda, döyüş əməliyyatları zamanı, ehtimal edirik ki, onlar məhv edilmələri üçün qanuni hədəfə çevriləcəklər”, – Putin bildirib.
Bununla yanaşı, Putin Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyini ölkənin qanuni seçimi adlandırıb.
“Həqiqətən də, Ukrayna qarşısına Avropa İttifaqına üzv olmaq vəzifəsini qoyub. Bir daha təkrar edirəm, bu, Ukraynanın beynəlxalq münasibətlərini necə quracağı, iqtisadi sahədə maraqlarını necə təmin edəcəyi, kiminlə ittifaqa girəcəyi ilə bağlı qanuni seçimidir”, – Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, o, Ukraynanın NATO-ya üzv olmasının əleyhinədir.
“Əvvəllər, Yanukoviçin hakimiyyəti dövründə, onlar Ukraynanın NATO-ya qoşulmasına qarşı idilər, çünki bu məsələ birbaşa Rusiyanın uzunmüddətli təhlükəsizlik maraqlarına toxunurdu və indi də toxunur”, – Putin bildirib.