Vladimir Putin Minskə səfər edib
Rusiya prezidenti Vladimir Putin üç illik fasilədən sonra Belarusun paytaxtı Minskə səfər edib və burada onu prezident Aleksandr Lukaşenko qarşılayıb.
Aleksandr Lukaşenko bildirib ki, görüş zamanı liderlər strateji məsələləri, ilk növbədə iqtisadi sahəni müzakirə etməyi planlaşdırırlar. O, həmçinin Belarus və Rusiya ətrafındakı hərbi-siyasi vəziyyət barədə də danışacaqlarını bildirib.
Bu gün Rusiya Müdafiə Nazirliyi Rusiyanın Belarus ərazisində hərbi təlimlərini əks etdirən videogörüntülər yayıb.