Vladimir Putin – Luqanskda, Donetsk , Xerson və Zaporojiedə yaşayan insanların əbədi olaraq bizim vətəndaşlarımız olacaqlarını qoy hamı yadında saxlasın, biz bütün gücümüz və vasitələrimizlə torpağımızı müdafiə edəcəyik

17:04, 30.09.2022

 

Luqanskda, Donetsk , Xerson və Zaporojiedə yaşayan insanların əbədi olaraq bizim vətəndaşlarımız olacaqlarını qoy hamı yadında saxlasın, Kiyev rejimini atəşi dərhal dayandırmağa çağırırıq – bu barədə Rusiya prezidenti Vladimir Putin xüsusi müraciətində bildirib.

Putin Rusiyanın öz torpaqlarını bütün güc və vasitələrlə qoruyacağını, insanların təhlükəsiz həyatını təmin etmək üçün hər şeyi edəcəklərini qeyd edib.

” Kiyev hakimiyyətinin və onun Qərbdəki əsl sahiblərinin məni dinləməyini istəyirəm. Luqanskda, Donetsk , Xerson və Zaporojiedə yaşayan insanların əbədi olaraq bizim vətəndaşlarımız olacaqlarını qoy hamı yadında saxlasın. Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları və hələ 2014-cü ildə başlatdığı müharibəni dərhal dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Biz buna hazırıq. Bu dəfələrlə deyilib, lakin biz Donetskdə, Luqanskda, Zaporojiedə, Xersonda xalqın seçimini müzakirə etməyəcəyik. Bu seçim edildi və Rusiya buna xəyanət etməyəcək.

İndiki Kiyev hakimiyyəti xalqın iradəsinin bu ifadəsinə hörmətlə yanaşmalıdır, əksi olmamalıdır. Yalnız bu sülh yolu ola bilər. Biz əlimizdə olan bütün güc və vasitələrlə torpağımızı müdafiə edəcəyik, xalqımızın təhlükəsiz yaşaması üçün hər şeyi edəcəyik. Xalqımızın böyük azadlıq missiyası budur” – deyə Vladimir Putin bildirib.

Oxşar