Vladimir Putin Kursk vilayətinin Ukrayna silahlı qüvvələrinin işğalından tamamilə azad edildiyini bildirir
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun “Kursk sərhəd bölgəsində düşməni tamamilə məhv etdiyini” bildirib. Rusiya mediasının məlumatına görə, Putin bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Qerasimovun Kursk vilayətinin azad edilməsi ilə bağlı məruzəsini dinləyib.
Putin Ukrayna qoşunlarının Kursk bölgəsində “böyük itkilər verdiyini” bildirib. Qerasimovun məlumatına görə, Şimali Koreya hərbçiləri Kursk vilayətinin azad edilməsində “yüksək peşəkarlıq” nümayiş etdiriblər.
Məlumat üçün bildirək ki, Rusiya prezidenti martın 12-də Kursk vilayətinin tamamilə azad edilməli olduğunu bildirib.
Ukrayna tərəfi hələlik Rusiyada verilən bəyanatları təsdiqləməyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 26-da səhər saatlarında yaydığı son bəyanatında deyilmişdi ki, Ukrayna hərbçiləri Kursk vilayətində Rusiya ordusunu “dayandırmağa” davam edir və ona “əhəmiyyətli itkilər” verir.