Vladimir Putin - Xameneinin qətlə yetirilməsi insani əxlaqı və beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır
Xameneinin qətlə yetirilməsi bütün insan əxlaqı normalarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, – bu barədə Rusiya Prezidenti Vladimir Putinin İran Prezidenti Məsud Fəzəşkiana göndərdiyi başsağlığı məktubunda qeyd edilib.
O, iranlı həmkarından Ayətullahın ailə üzvlərinə və dostlarına səmimi başsağlığı verməsini xahiş edib.
“Ölkəmizdə Ayətullah Xamenei Rusiya–İran dostluq münasibətlərinin inkişafına böyük şəxsi töhfə vermiş, bu əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş görkəmli dövlət xadimi kimi xatırlanacaq”, – Putinin məktubunda qeyd olunur.