Vladimir Putin – çoxqütblü dünya nizamının yeni mərkəzləri və Qərb nəhayət bizim ümumi gələcəyimiz haqqında bərabər şərtlərlə danışmalı olacaq
Əminəm ki, çoxqütblü dünya nizamının yeni mərkəzləri və Qərb nəhayət bizim ümumi gələcəyimiz haqqında bərabər şərtlərlə danışmalı olacaq -bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Forumunda çıxışında bildirib.
Putin Qərbin öz oyununda dünya hökmranlığına mərc qoyduğunu, lakin bu oyunun təhlükəli, qanlı və çirkli olduğunu bildirib.
Rusiya prezidenti Moskvanın heç vaxt özünü Qərbin düşməni hesab etmədiyini və indi də belə düşündüyünü bildirib , çünki amerikanofobiya və frankofobiyanin rusofobiya və antisemitizmlə irqçiliyin eyni forması olduğunu qeyd edib.
Putin ənənəvi dəyərlərin Qərbinin Rusiyaya yaxın olduğunu, lakin Rusiyanın heç vaxt “aqressiv və neokolonial Qərbin” diktəsini qəbul etməyəcəyini bildirib.
Rusiya prezidenti Avropanın Böyük Avrasiyanın bir hissəsinə çevrilə biləcəyini, lakin onun bir çox liderinə avropalıların digərlərindən daha yaxşı olması inamının mane olduğunu qeyd edib.
Rusiya prezidenti BMT-də islahatların aparılması təşəbbüsü ilə çıxış edib, BMT və onun Təhlükəsizlik Şurasının strukturunun qlobal müxtəlifliyi əks etdirməli olduğunu vurğulayıb.
“Bəzi Qərb ölkələri nəyinki Rusiyada terroru dəstəkləyir, hətta bu təhlükəni artırırdı. 2000-ci ildə prezident seçiləndən sonra o zaman Qərbin praktiki olaraq açıq şəkildə dəstəklədiyi Şimali Qafqazda terrorçuların yuvasını dağıtmaq üçün Rusiyanın ödədiyi bədəli həmişə xatırlayıram. Biz bilirik ki, praktikada məhz belə olub. Maliyyə, siyasi, informasiya dəstəyi. Qərbin məqsədi Rusiyanı öz geosiyasi məqsədlərini həyata keçirmək üçün alətə çevirməkdir. İki Qərb var, birincisi Rusiyaya yaxın olan ənənəvi, xristian və islam dəyərləri, azadlıq, vətənpərvərlik və ən zəngin mədəniyyətə malik Qərbdir. Lakin, neoliberal elitaların silahı olaraq hərəkət edən aqressiv, kosmopolit, neo-müstəmləkəçi olan başqa bir Qərb yenə var. Rusiya heç vaxt Qərbin bu diqtəsinə alışmayacaq. Rusiya Qərbin elitasına qarşı çıxmır, Rusiya sadəcə olaraq azad yaşamaq və inkişaf etmək hüququnu müdafiə edir. Eyni zamanda, biz özümüz yeni hegemon olmaq fikrində deyilik, Rusiya birqütblülüyün ikiqütblülük, üçqütblülük və s. ilə əvəzlənməsini təklif etmir”-deyə Vladimir Putin bildirib.