Vladimir Putin işğal olunmuş Tsxinvali bölgəsinin qondarma prezidenti vəzifəsini icra edən şəxslə görüşüb
Vladimir Putin Rusiya tərəfindən işğal edilmiş Tsxinvali bölgəsinin qondarma prezidenti vəzifəsini icra edən Marat Kambolovla görüşüb.
“Respublika və Cənubi Osetiya xalqı həqiqətən də xüsusi insanlardır. Onlar döyüşçülər, alimlər və zəhmətkeşdirlər. Biz öz tərəfimizdən sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, görüşdə “prioritetləri müzakirə etmək və Cənubi Osetiya hakimiyyətinin qarşısında duran vəzifələrin həlli yolları barədə birgə fikir mübadiləsi aparmaq” imkanı olub.
Bununla yanaşı, Putin Marat Kambolova gələcək “prezident seçkilərində” uğurlar arzulayıb.
“Gələcək seçki prosesində sizə uğurlar arzulamaq və əhalinin sizi dəstəkləyəcəyinə, sizin isə onların etimadını doğruldacağınıza ümid etdiyimi bildirmək istəyirəm, – deyə Putin bildirib.
Məlumat üçün bildirək ki, 23 iyunda işğal olunmuş Txxinvali bölgəsinin qondarma lideri Alan Qaqloyev qondarma prezidentlik səlahiyyətlərindən istefa verdiyini bəyan edib. Bundan sonra Kreml Vladimir Putinin fərmanını dərc edib. Fərmana əsasən, Qaqloev Rusiya prezidentinin müşaviri təyin edilib, Rusiya tərəfindən işğal olunmuş regionun qondarma prezidentinin səlahiyyətlərinin icrası qondarma hökumətin sədri Marat Kambolova verilib. İşğal olunmuş Tsxinvali regionunun qondarma parlamenti “prezident seçkilərini” sentyabrın 18-nə təyin edib.