Vladimir Putin işğal olunmuş Krımda, Rusiya ilə birləşən körpünün açılış mərasimində iştirak edəcək
Vladimir Putin işğal olunmuş Krımda, Rusiya ilə birləşən körpünün açılış mərasimində iştirak edəcək

Rusiya prezidenti bu gün, işğal olunmuş Krımı Rusiya ilə birləşdirən körpünün açılış mərasimində iştirak edəcək. Yayılan məlumata görə, 19 km uzunluğunda olan körpüdə avotmobil hərəkətə hər iki sahildən eyni vaxtda başlayacaq.

Krım yarımadasının işğalından sonra, 2014 ildə Vladimir Putin, ərazinin Krasnodar diyarı ilə birləşdirilməsi üçün körpünün tikintisi qərarını verdi.

Kırımın işğalı 2014-cü ilin fevralın 23-də, Sevastopolda referendumun tələbi ilə keçirilən aksiya ilə başladı. 5 gündən sonra isə, Rusiya Krımın Ali Şurası və başqa strateji obyektlərin binalarını tutdu. Yeni hökumət təyin edildi. Martın 16-da keçirilən üzdəniraq referendum əsasında, Vladimir Putin martın 18-də, Krımın Rusiya ilə birləşdirilməsi sənədinə imza atdı.