Vladimir Putin ikili vətəndaşlığı və ya xaricdə yaşayış icazəsi olan şəxslərin Rusiya Silahlı Qüvvələri sıralarına çağrılmasına icazə verən sərəncam verib
Rusiya prezidenti Vladimir Putin ikili vətəndaşlığı və ya xaricdə yaşayış icazəsi olan şəxslərin Rusiya Silahlı Qüvvələri sıralarına çağrılmasına icazə verən sərəncam verib.
Putinin sərəncamına əsasən, hərbi xidmət keçmə qaydası haqqında əsasnaməyə müvafiq dəyişikliklər edilib.
Bu günədək mövcud qanunvericiliyə əsasən, Rusiya ordusunda hərbi xidmətdən yalnız Rusiya vətəndaşları keçə bilərdi , xarici ölkə vətəndaşları üçün isə bu yalnız müqavilə ilə mümkün idi.