Vladimir Putin – Hərbi əməliyyatlar yeniləndi, biz bu barədə atəşkəsdən dərhal sonra elan etdik

19:15, 21.04.2025

“Pasxa atəşkəsindən sonra hərbi əməliyyatlar yeniləndi”, – bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Hərbi əməliyyatlar yenidən başladı. Biz bun barədə atəşkəs başlayandan dərhal sonra elan etdik. Biz həmişə atəşkəslə bağlı müsbət fikirdəyik, ona görə də bu təşəbbüslə çıxış etdik. Pasxa – bu bütün xristianlar üçün bayramdır. Biz həmişə danışırıq ki, istənilən sülh təşəbbüslərinə yönəlik müsbət yanaşırıq. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də onlara müsbət yanaşırlar”, – Putin bildirib.

O, mülki infrastruktura hücumların dayandırılması təşəbbüsünü də şərh edib. Putinin bildirdiyinə görə, bu məsələ öyrənilməlidir.

Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Ukraynada Pasxa atəşkəsinin qüvvəyə mindiyini elan edib.

Oxşar