Vladimir Putin – hazırda Ukraynada baş verənlər ümumi faciədir, lakin bu, Rusiyanın deyil, üçüncü ölkələrin siyasətinin nəticəsidir

18:20, 21.12.2022

 

Hazırda Ukraynada baş verənlər ümumi faciədir, lakin bu, Rusiyanın deyil, üçüncü ölkələrin siyasətinin nəticəsidir – bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiyasında açıqlayıb.

Putin bildirib ki, neonasistlərdən Rusiyaya qarşı döyüşmək üçün istifadə olunur, bu insanların kim olması heç kimi maraqlandırmır, əsas odur ki, onlar Rusiya Federasiyasına qarşı vuruşurlar.

Rusiya prezidenti SSRİ dağılandan sonra Rusiyanın dırnaq arası sivil dünyanın bir hissəsi olmaq istədiyini, lakin orada Rusiyanı gözləmədiklərini bildirib. Putin həmçinin NATO ölkələrinin hərbi potensialı və imkanlarının Rusiyaya qarşı aktiv şəkildə istifadə olunduğunu qeyd edib.

“Məlumdur ki, hazırda demək olar ki, bütün əsas NATO ölkələrinin hərbi potensialı və imkanları Rusiyaya qarşı aktiv şəkildə istifadə olunur. Buna baxmayaraq, əsgərlərimiz, çavuşlarımız, zabitlərimiz Rusiya uğrunda mərdliklə, mətanətlə vuruşurlar. Qarşıya qoyulan vəzifələrin öhdəsindən addım-addım inamla gəlirlər və bu vəzifələr mütləq yerinə yetiriləcək” – deyə Vladimir Putin açıqlayıb.

Oxşar