Vladimir Putin – Qərbin uzaqmənzilli aktiv raketləri ilə Rusiya ərazisinə zərbələri Ukraynada davam edən münaqişəyə qlobal sima verdi
Qərbin uzaqmənzilli aktiv raketləri ilə Rusiya ərazisinə həyata keçirdiyi zərbələri Ukraynada davam edən münaqişəyə qlobal sima verdi”, – bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, Ukraynada əvvəl Qərbin təhrik etdiyi davam edən münaqişə bu andan etibarən qlobal görünüm alıb”, – Putin bildirib.
Xatırladaq ki, Co Bayden administrasiyası Ukraynanın ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbələr həyata keçirməsini qadağan edən məhdudiyyətləri aradan qaldırıb.