Vladimir Putin - Qələbə həmişə bizim olub və həmişə də bizim olacaq
Mən qəti şəkildə əminəm ki, bizim işimiz ədalətlidir, biz birlikdəyik, qələbə həmişə bizim olub və həmişə də bizim olacaq”, – bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada, Qırmızı Meydanda 9 May Qələbə Gününə həsr olunmuş təntənəli hərbi paradda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Sovet İttifaqı xalqlarının qəhrəmanlıq işləri göstərdi ki, vətənə qarşı sədaqət milyonlarla insanı birləşdirə bilər.
“Xalqımız düşmənin yolunda divar kimi dayanaraq göstərdi ki, vətənə qarşı sədaqət milyonlarla insanı birləşdirə bilən ən ali həqiqətdir”, – Rusiya lideri bildirib.
Bununla yanaşı, Vladimir Putinin qeyd etdiyi kimi, bütün Qərb Rusiyaya qarşı çıxır. O, Ukraynanın adını çəkməyib.
“Qələbə qazanmış nəslin böyük qəhrəmanlığı bu gün xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən döyüşçülərə ilham verir. Onlar NATO-nun bütün bloku tərəfindən silahlandırılan və dəstəklənən aqressiv qüvvəyə qarşı mübarizə aparırlar”, – Putin qeyd edib.
Qırmızı Meydanda təntənəli parad bu gün gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir.