Vladimir Putin - Ermənistanın Avropa İttifaqına üzvlük planı müzakirə tələb edir, düzgün olardı ki, referendum keçirilsin və bundan sonra biz müvafiq nəticələr çıxaraq
Vladimir Putin - Ermənistanın Avropa İttifaqına üzvlük planı müzakirə tələb edir, düzgün olardı ki, referendum keçirilsin və bundan sonra biz müvafiq nəticələr çıxaraq

Rusiya Prezidenti Vladimir Putin bildirir ki, Ermənistanın Avropa İttifaqına üzvlük planı xüsusi müzakirə tələb edir.

Bu barədə Vladimir Putin jurnalistlərlə söhbəti zamanı bildirib.

“Ermənistanın Avropa İttifaqına üzvlük planlarına gəlincə, bu, əlbəttə ki, xüsusi müzakirə tələb edir”, – Putin qeyd edib.

Onun sözlərinə görə, o, bu məsələni Ermənistanın Baş naziri ilə dəfələrlə müzakirə edib.

“Dəfələrlə demişəm və indi açıq şəkildə də təkrar edə bilərəm: biz erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik. Əsrlər boyu erməni xalqı ilə xüsusi münasibətlərimiz olub və əgər bu və ya digər qərar erməni xalqı üçün faydalıdırsa, biz buna qarşı olmayacağıq. Lakin təbii ki, həm bizim, həm də tərəfdaşlarımız üçün vacib olan müəyyən halları nəzərə almalıyıq”, – Putin qeyd edib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Forumunda Ermənistanın Avropa İttifaqı ilə bağlı planını müzakirə etmək mümkün olacaq.

“Mənim fikrimcə, Ermənistan vətəndaşlarına və əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə öz mövqelərini mümkün qədər tez müəyyənləşdirmələri doğru olardı, məsələn, referendum keçirilə bilərdi. Bu, bizim işimiz deyil, amma olduqca məntiqli olardı. Ondan sonra isə biz müvafiq nəticələr çıxarardıq və bəlkə də, intellektual və qarşılıqlı faydalı bir “boşanma” yolunu tutardıq”, – Putin deyib.