Vladimir Putin – Ermənistan rəhbərliyinin Qarabağ problemini həll etmək üçün siyasi iradəsi var

17:52, 31.10.2022

 

Ermənistan rəhbərliyinin Qarabağ problemini həll etmək üçün siyasi iradəsi var – bu, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı səsləndirdiyi bəyanatdır.

“Münaqişə onilliklərdir ki, davam edir və ona hansısa yolla son qoymaq lazımdır. Bilirəm ki, bunu etmək üçün sizin siyasi iradəniz var. Biz bunu dəstəkləyirik. İrəliləməyə imkan verəcək həlledici məqamlar tapmaq lazımdır” – deyə Putin bildirib.

Ermənistanın baş naziri öz növbəsində bildirib ki, Ermənistan ərazisini işğal etmiş Azərbaycan ordusunun çıxarılması ilə bağlı Yerevan üçün Rusiyanın dəqiq mövqeyinin olması vacibdir.

“Rusiyanın mövqeyi delimitasiya haqqında komissiyanın formalaşdırılmasının sərhəd təhlükəsizliyi mexanizminə çevriləcəyindən ibarət idi. Biz bu mövqeyi bölüşmədik, lakin sonda strateji tərəfdaşımız olan Rusiyanın şərhini qəbul etmək qərarına gəldik, lakin buna baxmayaraq, sentyabrın 13-də Azərbaycan Ermənistan istiqamətində növbəti genişmiqyaslı təcavüzə başladı və yeni ərazilərimizi işğal etdi. Bu səbəbdən indi Ermənistan üçün Azərbaycan qoşunlarının ərazimizdən 2021-ci ilin mayın 11-də olan mövqelərə qaytarılması ilə bağlı Rusiyanın dəqiq mövqeyini formalaşdırmaq vacibdir” -deyə Paşinyan bildirib.

Soçidə Vladimir Putinlə Nikol Paşinyan arasında görüş keçirilib. Günün sonunda Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşü planlaşdırılır.

Görüşün təşəbbüsü Kremlə məxsusdur.

Oxşar