Vladimir Putin ərəb liderlərini Rusiya-ərəb sammiti çərçivəsində Rusiyaya  dəvət edib
Vladimir Putin ərəb liderlərini Rusiya-ərəb sammiti çərçivəsində Rusiyaya dəvət edib

Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin ilk rus-ərəb sammitinə ev sahibliyi edəcək. Bu barədə Rusiya mediası məlumat yayır.

Medianın məlumatına görə, Putin ərəb ölkələrinin liderlərini və Ərəb Dövlətləri Liqasının baş katibini dəvət edib.

“Əminəm ki, bu görüş ölkələrimiz arasında qarşılıqlı faydalı, çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Bu, həmçinin Yaxın Şərq və Şimali Afrikada sülh, təhlükəsizlik və sabitliyin təşviqi yollarının tapılmasına kömək edəcək”, – Putinin adından yayılan dəvət mətnində deyilib.