Vladimer Putin – əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək və strateji təhlükə yaratmaq arzusuna düşsə, cavab zərbələri ildırım sürətində olacaq

18:49, 27.04.2022

 
Əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək və strateji təhlükə yaratmaq arzusuna düşsə, o zaman cavab zərbələri ildırım sürətində olacaq-bu barədə Rusiya prezidenti Vladimer Putin Qanunverici Şurada bildirib.

“Bizim bunun üçün bütün vasitələrimiz var, elə vasitələr ki, bununla başqaları öyünə bilməzlər. Öyünməyə başlamayacağıq- lazım gələrsə, onlardan istifadə edəcəyik” -deyə Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, təhlükə yaranacağı təqdirdə, ildırım sürətli zərbələrlə bağlı qərarlar artıq qəbul edilib.

Oxşar