Vladimir Putin ABŞ və Rusiya arasında növbəti məhbus mübadiləsini istisna etmir

21:37, 09.12.2022

 

Rusiya prezidenti Vladimir Putin ABŞ və Rusiya arasında digər məhbusların mübadiləsini istisna etmir. Putin bu barədə Ali Avrasiya İqtisadi Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında danışıb.

“Kontaktlar davam edir və xüsusi xidmətlər xətti ilə heç vaxt dayanmayıb. Başqa mübadilə mümkündürmü? Bəli, hər şey mümkündür. Bu, danışıqların və kompromis axtarışlarının nəticəsidir” -deyə Putin açıqlayıb.

Amerikalı basketbolçu Britni Qrinerin sərbəst buraxılması müqabilində ABŞ silah alverçisi Viktor Butu Rusiyaya təhvil verib. Casusluq ittihamı ilə 16 il həbs cəzasına məhkum edilmiş amerikalı keçmiş dəniz piyadası Pol Uilan hələ də Rusiyada həbsdədir. Yayda ABŞ hakimiyyəti Viktor Butun Britni Qriner və Pol Uilan ilə dəyişdirilməsi imkanını müzakirə edib.

Oxşar