Vladimir Putin 9-11 may tarixlərində Ukraynada atəşkəs elan edib
Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyinin qeyd olunduğu günlərdə Ukraynada atəşkəs elan edib.
Məlumatı Rusiyanın dövlət agentliyi “İtar Tass” yayır.
Putinin qərarına əsasən, atəşkəs rejimi mayın 8-də gecə saat 00:00-dan başlayacaq və mayın 11-i gecə saat 00:00 qədər davam edəcək.
Bununla yanaşı, Kremldə Ukrayna ilə ilkin şərt olmadan sülh danışıqlarına hazır olduqlarını təsdiqləyiblər.
Məlumat üçün bildirək ki, Putin Pasxa bayramı zamanı da 30 saatlıq atəşkəs elan etdi, lakin buna baxmayaraq, Ukraynanın iddiasına görə, Rusiya atəşkəs rejimini dəfələrlə özü pozub. Moskvada bunun əksini iddia edirlər və Kiyevi atəşkəs şərtlərini pozmaqda ittiham edirlər. Fransanın xarici işlər naziri Putinin elan etdiyi “Pasxa atəşkəsi”nı ABŞ prezidenti Trampın rəğbətini qazanmaq məqsədi daşıyan marketinq hiyləsi adlandırıb.