Vladimir Putin 30 saatlıq Pasxa atəşkəsi elan etdi
Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsinin qüvvəyə mindiyini açıqlayıb.
Bu barədə Rusiya prezidenti Rusiya Baş Qərargah rəisi Valeri Qerasimovla görüşü zamanı bildirib.
Onun dediyinə görə, Pasxa atəşkəsi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək davam edəcək.
“Bu gün saat 18:00-dan bazar günü saat 00:00-a qədər Rusiya Pasxa atəşkəsi elan edir. Bu müddət ərzində bütün hərbi hərəkət dayandırılacaq”, – Vladimir Putin bildirib.
Pasxa atəşkəsi 30 saat davam edəcək.
O qeyd edib ki, Rusiya Kiyev tərəfindən mümkün atəşkəs pozuntularına hazır olmalıdır və Valeri Qerasimovu düşmənin istənilən təxribatını və ya aqressiv hərəkətini dəf etməyə hazır olmağa çağırıb.