Vladimir Putin – Əliyevin Rusiyanın münaqişənin həllində mühüm rol oynaması barədə verdiyi qiymətə görə minnətdaram
Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, gördüyü üzrə, görüşün məqsədi 2020-2021-ci illərdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsidir.
Putin Əliyevin Rusiyanın Qarabağ münaqişəsinin həllində mühüm rol oynaması barədə verdiyi qiymətə görə minnətdar olduğunu açıqlayıb.
Vladimir Putin bu gün isə onların mövcud vəziyyət haqqında danışmalı və hələ də həll olunmamış problemlərin həlli yollarını tapmalı olduqlarını bildirib.
“Soçiyə gəldiyiniz üçün təşəkkür edirəm. Gördüyüm kimi, bu görüşün məqsədi 2020-2021-ci illərdə əldə edilmiş razılaşmaları yerinə yetirilməsidir. Siz bir neçə dəfə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb və indi bizim sülhməramlı kontingentimiz öz missiyasını lazımi şəkildə yerinə yetirir. Qiymətləndirmələrinizə görə minnətdaram. Bu gün isə biz mövcud vəziyyət haqqında danışmalı və hələ də həllini tapmayan problemlərin həlli yollarını tapmalıyıq”- deyə Vladimir Putin bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.