Vladimir Putin – Əgər Donald Tramp prezident olsaydı və 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə başlayan böhran olmazdı
Ukraynada davam edən böhran Baydenin əvvəlki seçkilərdəki qələbəsi ilə bağlıdır, – bu barədə Rusiya prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinə səfəri zamanı bildirib.
Rusiya mediasının yazdığı kimi, Putin Donald Trampın dediyi fikri bir neçə dəfə təkrarlayıb ki, Trampın prezident olduğu təqdirdə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlamazdı.
“Əgər Donald Tramp prezident olsaydı, 2020-ci ildə onun qələbəsini oğurlamasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə başlayan böhran olmazdı”, – Putin qeyd edib.
Onun söylədiyinə görə, Tramp müdrik, praqmatik insandır və Rusiyaya qarşı ABŞ iqtisadiyyatının özünə zərər vura biləcək sanksiyalarla bağlı qərarları qəbul etməsi ehtimalı azdır.
“Trampın Amerika iqtisadiyyatına zərər verəcək bir qərar verəcəyinə şübhə edirəm. O, təkcə ağıllı deyil, həm də praqmatikdir. Xüsusilə Amerika iqtisadiyyatına zərər verəcək qərarları təsəvvür etmək mənim üçün çətindir”, – Rusiya prezidenti qeyd edib.
Trampla görüşə gəlincə, Putin bu görüşün zəruri olduğunu qeyd edib. “Biz ABŞ-ın hazırkı prezidentinin birgə işləmək barədə bəyanatlarını görürük. Biz buna həmişə açığıq”, – Rusiya prezidenti qeyd edib.
Bununla yanaşı, Rusiya mediasının yazdığına görə, Putin “Zelenskinin danışıqlara qadağa qoymasına işarə etsə də, Ukrayna ilə danışıqlara hazır olduğunu” qeyd edib.
“Məlum olduğu kimi, əvvəllər kifayət qədər legitim dövlət başçısı olan Kiyev rejiminin hazırkı rəhbəri danışıqları qadağan edən fərman verib”. Bəs onda qadağan olunarsa, danışıqları necə bərpa etmək olar?”, – Putin bildirib.