Vladimir Medinski - Rusiya min əsgərinin cəsədini Ukraynaya, Ukrayna isə 19 əsgərinin cəsədini Moskvaya təhvil verib
Rusiya və Ukrayna həlak olan əsgərlərinin cəsədlərini dəyişdiriblər.
Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Vladimir Medinski yayıb.
Vladimir Medinskinin məlumatına görə, Rusiya 1000 əsgərinin cəsədini Ukraynaya, Ukrayna isə 19 əsgərinin cəsədini Moskvaya təhvil verib.
Onun dediyinə görə, cəsədlərin mübadiləsi İstanbul danışıqları zamanı əldə olunan razılaşma çərçivəsində baş tutub.
Məlumat üçün bildirək ki, İstanbul danışıqlarında Rusiya və Ukrayna hərbi əsirlərin genişmiqyaslı mübadiləsinə dair razılığa gəlib və atəşkəs üçün lazımi şərtləri bir-birinə təqdim ediblər, lakin atəşkəs əldə olunamadı.